Evlərini itirən Kursk sakinlərinə aylıq müavinət ödənəcək

Evlərini itirən Kursk sakinlərinə aylıq müavinət ödənəcək backend

Kursk vilayətinin sakinlərinə bölgə tamamilə azad olunana qədər 65 min rubl məbləğində əmlak itkisinə görə aylıq müavinət ödəmək lazımdır.

Qaziler.az bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fevralın 18-də hökumət üzvləri ilə görüşündə bildirib.

İclasda Rusiya Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanov bildirib ki, hökumət Kursk vilayətinin sakinlərinə aylıq ödəniş məsələsini işləyib və müavinətin minimum əmək haqqı səviyyəsində müəyyən edilməsini təklif edir. Putin də öz növbəsində regionun rəhbəri vəzifəsini icra edən Aleksandr Xinşteyndən Kursk vilayətində orta əmək haqqının nə qədər olduğunu soruşub və o, 64 min rubl məbləğində olduğunu deyib.

O vurğulayıb ki, bu, ayrıca ödəniş olmalıdır, onun məbləğindən digər müavinətlər tutulmayacaq. Prezident qeyd edib ki, bu vəsaiti əmlakını itirmiş bütün rayon sakinləri - həm pensiyaçılar, həm uşaqlar, həm də işləyən vətəndaşlar olmaqla 112 min 620 nəfərin hamısı almalıdır.

QAZİLER.AZ

Diaspora