Gürcüstanın şəhərlərində etiraz bannerləri asılıb

Gürcüstanın şəhərlərində etiraz bannerləri asılıb backend

Fevralın 18-də Gürcüstanın bir sıra şəhərlərində etiraz bannerləri asılıb.

Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki,  səhər saat 10-da Kutaisi, Rustavi, Tbilisi, Telavi, eləcə də Mtsxeta və Balda şəhərlərində iyirmiyə yaxın plakat açılıb.

Bundan əvvəl, fevralın 15-də Batumidə, Ədliyyə Evinin yanındakı piyada körpüsündə “Arzular şəhəri”ndə həlak olan iki azyaşlı uşaq üçün matəm əlaməti olaraq qara parça asılmışdı.

“Faciə, qəddarlıq, təxribat və oliqarx istəklərindən qidalanan, hər gün zorakılıqla bizi susdurmağa, bizi parçalamağa, aramızda qorxu və nifaq salmağa çalışan polis rejiminə biz birliklə cavab veririk.

Biz hər yerdəyik, Gürcüstanın hər yerindəyik, çiyin-çiyinə körpülər qururruq, o körpülər ki, bizi bir-birimizə aparır və azadlıq, bərabərlik və həmrəylik uğrunda mübarizəmizi davam etdiririk!” – vətəndaşların bəyanatında deyilir.

QAZİLER.AZ

Diaspora