Litva hələlik öz hərbi kontingentini Ukraynaya göndərməyi müzakirə etməyə hazır deyil.
Qaziler.az bildirir ki, bunu fevralın 18-də Litva prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Asta Skaysgirite yerli “Zinių” radiostansiyasının efirində deyib.
“Biz, şübhəsiz ki, [hərbi] təlimatçılarla Ukraynaya həqiqətən kömək edə bilərdik. Lakin hazırda hər hansı hərbi kontingentin göndərilməsindən danışmırıq”, – Litva Milli Radio və Televiziyası onun sözlərini sitat gətirir.
Skaysqirite əlavə edib ki, sülhməramlılarını göndərməzdən əvvəl Avropa ölkələri ilk növbədə öz əsgərlərinin təhlükəsizliyini düşünməlidir.
QAZİLER.AZ