Belqorod və Kursk vilayətlərində eyni vaxtda raket təhlükəsi elan edilib.
Qaziler.az bildirir ki, müvafiq məlumat Belqorod qubernatoru Vyaçeslav Qladkovun Telegram kanallarında və Kursk əməliyyat qərargahında yer alıb.
Qladkov öz postunda vətəndaşları zirzəmilərə enməyə və raket təhlükəsi siqnalını alana qədər orada qalmağa çağırıb.
Kursk vilayətinin əməliyyat qərargahı vətəndaşlara pəncərələri olmayan və möhkəm divarları olan otaqlara sığınmağı tövsiyə edib. Küçədə təhlükə siqnalı ilə yaxalananlardan ən yaxın binaya və ya uyğun sığınacağa getmələri xahiş olunub.
Bazar ertəsi, fevralın 17-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyaya yüzə yaxın pilotsuz təyyarə və bir raket atıb. Rusiya Müdafiə Nazirliyi ən çox təyyarənin - 38-nin Azov dənizi üzərində vuulduğunu açıqlayıb.
QAZİLER.AZ