Türkiyənin paytaxtında 54 nəfər saxta spirtli içkilər səbəbindən həyatını itirib, 40 nəfərin isə reanimasiyada müalicəsi davam edir.
Ankara Baş Prokurorluğu tərəfindən saxta spirtli içki istehsal edən və ticarəti ilə məşğul olan şəxslərə qarşı araşdırmalar davam edir.
Bu çərçivədə Ankara Respublika Prokurorluğu, Ankara Batı və Polatlı Respublika Baş Prokurorluğu tərəfindən "qaçaqmalçılıq" və "mümkün qəsdlə ölümə səbəb olma" cinayətləri ilə bağlı açılan istintaq fayllarına Ədli Tibb Qurumunun toksikoloji hesabatları əlavə edilib.
Sözügedən xəbərlərə görə, Ankarada 54 nəfərin saxta spirtli içkilər səbəbindən həyatını itirdiyi, 40 nəfərin isə reanimasiyada müalicəsinin davam etdiyi bildirilib.
Digər tərəfdən, Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaqda 28 şübhəlinin həbs olunduğu, 25 nəfərin isə məhkəmə nəzarəti ilə sərbəst buraxıldığı öyrənilib.
QAZİLER,AZ