Rusiyanın Sverdlovsk vilayət məhkəməsi Pervouralsk sakinini arvadının iki yaşlı qızını qətlə yetirməkdə təqsirli bilinərək 18 il müddətinə ciddi rejimli koloniyada həbs cəzasına məhkum edib.
Qaziler.az bildirir ki, bu barədə fevralın 17-də vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
İstintaqın məlumatına görə, məhkum 2023-cü ilin oktyabr ayından dekabr ayına qədər narkotikin təsiri altında ögey qızına qarşı sistemli şəkildə zorakılıq tətbiq edib. Bundan əlavə, o, qızın başına bir neçə dəfə zərbə endirib, əllərini lentlə arxadan bağlayıb və uşağı bir neçə saat bu vəziyyətdə qoyub. Həmin ilin dekabrında uşaq çoxsaylı xəsarətlərdən öldü.
QAZİLER.AZ