Peskov ABŞ-la gələcək danışıqlar barədə bunları deyib - VİDEO

Peskov ABŞ-la gələcək danışıqlar barədə bunları deyib - VİDEO backend

Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə onun köməkçisi Yuri Uşakov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika nümayəndə heyəti ilə görüşmək üçün fevralın 17-də Ər-Riyada (Səudiyyə Ərəbistanı) gedəcək.

Bu barədə fevralın 17-də keçirdiyi brifinqdə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.

O qeyd edib ki, görüş çərşənbə axşamı, fevralın 18-nə planlaşdırılıb və Rusiya Federasiyası ilə ABŞ arasında ikitərəfli münasibətlər kompleksinin bərpasına və Ukraynadakı münaqişənin həlli üçün mümkün danışıqların hazırlanmasına həsr olunacaq. Peskov qeyd edib ki, Rusiya tərəfinin nümayəndələri də Yaxın Şərqdəki vəziyyəti müzakirə etməyə hazırdırlar.

Prezidentin mətbuat katibinin sözlərinə görə, danışıqların gedişi ilə bağlı tam hesabat Moskvada təqdim olunacaq, lakin “bəzi təcili hesabatlar” tələb olunarsa, bunun üçün bütün kommunikasiya imkanları mövcuddur”, - o deyib.

QAZİLER.AZ

 

Diaspora