Ankaranın Yenimahalle rayonunda 3,5 bal gücündə zəlzələ baş verib.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, bu barədə AFAD məlumat yayıb.
AFAD-ın saytında yer alan məlumata görə, saat 13:20-də Ankaranın Yenimahalle rayonunda 3,5 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ yerin təxminən 11,48 kilometr dərinliyində baş verib.
Xüsusilə şəhərin qərbində hiss edilən zəlzələ səbəbindən vətəndaşlar evlərindən və iş yerlərindən küçələrə çıxıblar.
Digər tərəfdən, yeraltı təkanlar ətraf əyalətlərdə də hiss olunub.