İsveç Ukraynaya sülhməramlıların göndərilməsi şərtlərini açıqlayıb

İsveç Ukraynaya sülhməramlıların göndərilməsi şərtlərini açıqlayıb backend

İsveç Ukraynaya sülhməramlı qoşunların göndərilməsini istisna etmir. Onlar davamlı sülhün qorunmasına kömək edə bilərlər.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqaardın Sveriges Radiosunda verdiyi açıqlamaya istinadən xəbər verir.

Stenerqaardın sözlərinə görə, zərurət yaranarsa, İsveç sülhməramlıları Ukraynaya gedə bilər. Bununla belə, Avropa ilk növbədə “beynəlxalq hüquqa hörmət edən ədalətli və davamlı sülhə” necə nail olmaq barədə düşünməlidir.

"Belə sülh bərqərar olduqdan sonra onu qorumaq lazımdır və bunun üçün hökumətimiz hər hansı variantı istisna etmir", - İsveç Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.

QAZİLER.AZ

Diaspora