Rusiya hökuməti Kursk vilayətinin sakinlərinə 1,3 milyard rubl ayıracaq

Rusiya hökuməti Kursk vilayətinin sakinlərinə 1,3 milyard rubl ayıracaq backend

Rusiya hökuməti Kursk vilayətində atəşə görə evlərini itirmiş sakinlərə kompensasiya üçün 1,3 milyard rubldan çox vəsait ayıracaq.

Qaziler.az bildirir ki, bu barədə fevralın 17-də hökumətin saytındakı sənəddə bildirilir.

“Hökumət Kursk vilayətinin zərər çəkmiş sakinlərinə maliyyə dəstəyi verməyə davam edir.

Artıq atəş nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan ailələrin mənzil xərclərini kompensasiya etmək üçün əlavə 1,3 milyard rubl ayrılıb .Bildirilir ki, pul 2024-cü ilin dekabrından 2025-ci ilin yanvarına qədər, eləcə də 2025-ci ilin fevralından aprel ayına kimi qarşıdakı dövr üçün kompensasiyaların ödənilməsi üçün veriləcək. Bu, vətəndaşlara mənzil kirayəsi xərclərinin ödənilməsinə imkan verəcək", - sənəddə deyilir.

QAZİLER.AZ

Diaspora