Rusiyalılar Marqanets şəhərini atəşə tutublar, dağıntı və çox sayda yaralı var

Rusiyalılar Marqanets şəhərini atəşə tutublar, dağıntı və çox sayda yaralı var backend

Rusiya işğalçıları Dnepropetrovsk vilayətindəki Marqanets şəhərini artilleriyadan atəşə tutublar. Düşmən hücumu nəticəsində şəhərdə yanğın baş verib, bir çox binaların zədələnməsi və dağılması qeydə alınıb, xəsarət  alanlar var.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Dnepropetrovsk Vilayət Dövlət Administrasiyasının rəhbəri Sergey Lısaka istinadən məlumat yayıb.

Rəsmi bu gün səhər saatlarında Rusiya ordusunun dünən, fevralın 16-da axşam saatlarından şəhəri atəşə tutduğunu bildirib.

"Dörd nəfər xəsarət alıb. 64 yaşlı qadın. 22, 26 və 54 yaşlı kişilər də var. Yaralılardan birinin vəziyyəti orta ağırdır", - hərbi administrasiya rəhbəri bildirib.

QAZİLER.AZ

Diaspora