Ukraynaya Amerika Birləşmiş Ştatlarından təhlükəsizlik zəmanəti lazımdır. Bununla belə, ölkə Avropadan gələn sülhməramlılara hazırdır.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Münhen konfransında jurnalistlərlə söhbəti zamanı RBC-Ukrayna müxbirinin sualını belə cavablandırıb.
Zelenskidən Ukraynanın ABŞ-dan təhlükəsizlik zəmanəti almaqda israr edib-etməyəcəyi sualına o cavab verib ki, Ukrayna “həqiqətən də ABŞ-dan təhlükəsizlik zəmanəti istəyir”.
"Kontingentdən danışanda sual olunurdu ki, biz Avropa kontingentinə hazırıqmı? Mən dedim ki, biz hətta sırf ukraynalılardan ibarət olmayan kontingentə də hazırıq. Məsələ burasındadır ki, bizdə 150-160 F-16 təyyarəsi, 25+ Patriot sistemi varsa, ABŞ və ya avropalıların komandalarınanə ehtiyac var", -Ukrayna prezidenti qeyd edib.
O, müttəfiqlərin Ukraynanı siyasi cəhətdən dəstəklədiyini xatırladıb.
QAZİLER.AZ