Rusiya dronlarının Çernobıl AES-ə zərbəsinin nəticələrini əks etdirən FOTOLAR

Rusiya dronlarının Çernobıl AES-ə zərbəsinin nəticələrini əks etdirən  FOTOLAR backend

Fevralın 14-nə keçən gecə Rusiya ordusu Çernobıl Atom Elektrik Stansiyasına dronlarla hücum edib. Orada Çernobıl Atom Elektrik Stansiyasının dağılmış 4-cü enerji blokunun sığınacağı zədələnib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermaka istinadən məlumat yayıb.

Yayımlanan fotolarda sığınacağın özünün damında böyük çuxur, eləcə də ortada dağıntılar var.

"Dronun Çernobıl Atom Elektrik Stansiyasını vurması haqqında. Bu, Rusiyanın bütün dünya üçün təhlükə olduğunun bir daha sübutudur. Putinin hərbçiləri gecə saatlarında Çernobıl Atom Elektrik Stansiyasına qəsdən hücum ediblər", - Yermak fotonun altına yazıb.

QAZİLER.AZ

Diaspora