Salome Zurabişvili Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək

Salome Zurabişvili Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək backend

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili bu gün Almaniyaya gələcək və burada Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.

Qaziler.az "qruziya-onlayn"a istinadən bildirir ki, Salome Zurabişvilinin mətbuat xidmətinin verdiyi məlumata görə, səfər zamanı “o, Avropa liderləri və ABŞ nümayəndə heyəti ilə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək”.

Münhendə Avropa İttifaqı və digər beynəlxalq təşkilatların rəhbərliyi ilə də görüşlər nəzərdə tutulub.

Salome Zurabişvili Münhen Konfransının “Gürcüstan diqqət mərkəzində” və “Rusiyanın hibrid taktikası” panel müzakirələrində iştirak edəcək, burada ölkədəki vəziyyət və onun üzləşdiyi problemlər barədə danışacaq.

Mətbuat xidmətinin məlumatına görə, Salome Zurabişvili Münhendə gürcü diasporunun nümayəndələri ilə də görüş keçirəcək.

QAZİLER.AZ

Diaspora