Zelenski Ukrayna Hərbi Hava Qüvvələrində kadr dəyişikliyinin anonsunu verib

Zelenski Ukrayna Hərbi Hava Qüvvələrində kadr dəyişikliyinin anonsunu verib backend

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskiyə briqada generalı Sergey Qolubtsovun Hərbi Hava Qüvvələri komandanının müavini təyin edilməsi məsələsinə baxmağı tapşırıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna dövlət başçısının axşam müraciətinə istinadən xəbər verir.

Zelenski deyib ki, bu gün Sırski ilə görüş keçirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrini, dəqiq desək,i hərbi aviasiyanı gücləndirmək lazımdır.

“Mən Ali Baş Komandana briqada generalı Sergey Qolubtsovla danışmağı və Hərbi Hava Qüvvələrində müvafiq kadr dəyişikliklərinin mümkünlüyü barədə məlumat verməyi və briqada generalı Qolubtsovun Hərbi Hava Qüvvələri komandanının müavini təyin edilməsi məsələsinə baxmağı tapşırdım”, - deyə Ukrayna prezidenti qeyd edib.

QAZİLER.AZ

Diaspora