Türkiyədə qətliam kimi qəza: 4 ölü, 32 yaralı

Türkiyədə qətliam kimi qəza: 4 ölü, 32 yaralı backend

Bingöldə sərnişin avtobusunun aşmasından sonra bölgəyə çoxlu təcili yardım və xilasetmə qrupları göndərilib. Bingöl valisi Əhməd Həmdi Ustanın açıqlamasına görə, qəzada 4 nəfər ölüb, 32 nəfər yaralanıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, “Mardin Travel” şirkətinə məxsus 33 CFU 60 dövlət nömrə nişanlı sərnişin avtobusu Bingöl-Diyarbəkir avtomobil yolunun Doğanca kəndi yaxınlığında idarəetmədən çıxaraq  aşıb.

Hadisə yerinə çoxlu sayda 112 təcili tibbi yardım və xilasetmə qrupu göndərilib. Ölənlər və çox sayda yaralı var.

Bingöl valisi Əhməd Həmdi Ustanın açıqlamasına görə, qəzada 4 nəfər ölüb, 32 nəfər yaralanıb.

QAZİLER.AZ

Diaspora