“Dubaya səfərim zamanı Macarıstanın Baş naziri Viktor Orban ilə səmərəli görüşüm oldu. Biz razılaşdıq ki, Gürcüstan-Macarıstan hökumətlərarası sammit Budapeştdə keçirilsin”.
Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze X sosial şəbəkəsində yazıb.
Hökumət başçısı qeyd edib ki, söhbətdə ikitərəfli münasibətlərin əsas istiqamətlərinə toxunulub.
“Söhbətimiz ikitərəfli münasibətlərin müsbət dinamikasını əks etdirən əsas məsələlərə toxundu. Biz Budapeştdə Gürcüstan və Macarıstan arasında hökumətlərarası sammitin keçirilməsi barədə razılığa gəldik ki, bu da tərəfdaşlığımızın daha da inkişafına töhfə verəcək”, - deyə İrakli Kobaxidze bildirib.
QAZİLER.AZ