Türkiyənin Kahramanmaraş bölgəsinin Pazarcık rayonunda iki avtomobil toqquşub. Yol qəzasında 4 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, xəbərdarlıq üzərinə qəza yerinə çox sayda jandarma, xilasetmə və sağlamlıq qrupları gəlib
Qəzada sürücülər və nəqliyyat vasitələrində olan 8 nəfər yaralanıb.
Qəza yerində edilən ilk tibbi yardımın ardından yaralılar təcili yardım maşınları ilə Pazarcık Dövlət Xəstəxanasına aparılıb. Yaralananlardan 4 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Digər yaralılar isə Kahramanmaraş Sütçü İmam Universiteti Sağlamlıq Təcrübə və Araşdırma Xəstəxanasına yerləşdirilib.
QAZİLER.AZ