Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Razman Kadırovun qızı Karinaya təşəkkür edib.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, bu, Rusiya prezidentinin imzaladığı fərmanın mətnindən məlum olub.
Fərmanda o, Çeçenistan Respublikasının rəhbəri və hökuməti administrasiyası rəhbərinin birinci müavini və regionun naziri kimi qeyd olunub.
Onun adının fərmanda nəyə görə qeyd edildiyi barədə hələlik məlumat yoxdur. Putinin sərəncamında səbəb göstərilmir.
Karina Kadırovanın 25 yaşı var, o, ötən ilin yanvarında vilayət rəhbərinin sosial məsələlər üzrə müavini olub. Əvvəllər o, Qroznıda məktəbəqədər təhsil şöbəsinə rəhbərlik edib.
QAZİLER.AZ