AP Zurabişvilini Gürcüstanın legitim prezidenti kimi TANIDI

AP Zurabişvilini Gürcüstanın legitim prezidenti kimi  TANIDI backend

Avropa Parlamenti (AP) Gürcüstanda mövcud hökumətin legitim tanınmamasına və onu boykot etməyə çağıran qətnamə qəbul edib, həmçinin Salome Zurabişvilini respublika prezidenti kimi tanıyıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Yevropeyskaya pravda” AP-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Səsvermədən sonra Gürcüstanla bağlı qətnamə 400 səslə lehinə dəstəklənib. 63 deputat isə əleyhinə səs verib, 81 deputat bitərəf qalıb.

Sənədin mətnində deputatlar ölkədə keçirilən seçkilərdən sonra hakim “Gürcü arzusu” partiyasının yaratdığı hakimiyyəti tanımaqdan imtina ediblər. Xüsusilə, Avropa Parlamenti Mixail Kavelaşvilini legitim dövlət başçısı hesab etməkdən imtina edib. Avropa Parlamentinin deputatları Salome Zurabişvilini Gürcüstanın hazırkı prezidenti kimi tanımaqda davam etdiklərini bildiriblər.

QAZİLER.AZ

Diaspora