Keçmiş mer və arvadının qalıqları zibil poliqonundan tapılmadı

Keçmiş mer və arvadının qalıqları zibil poliqonundan tapılmadı backend

Müstəntiqlər zibil poliqonundan qətlə yetirilən Samara şəhərinin keçmiş meri Viktor Tarxov və onun həyat yoldaşı Nataliyanın cəsədlərini tapmayıblar.

Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə bərk məişət tullantılarının idarə olunması üzrə regional operator olan “Ekologiya”nın mətbuat xidmətindən məlumat verilib.

Agentliyin şirkətdəki mənbəsi qeyd edib ki, İstintaq Komitəsinin hadisə yerində işi başa çatıb və qalıqları tapmaq mümkün olmayıb. O qeyd edib ki, “Ekologiya” axtarışçılara texnika: ekskavator, buldozer və yükləyici verib.

“Bir həftə ərzində təxminən 1 hektar ərazi tədqiq edildi. Tullantılar bu ərazidən xüsusi sahəyə köçürülüb və orada əlavə olaraq əl ilə yoxlanılıb”, - deyə mətbuat xidmətindən bildirilib.

“Mash” teleqram kanalı yazıb ki, müstəntiqlər Tarxovların cəsədlərinin əridilə biləcəyinə dair bir nəzəriyyə də irəli sürüblər. Əgər bu təsdiqlənərsə, o zaman qurbanların yalnız dişləri qala bilər ki, onu da tapmaq çətin olacaq.

QAZİLER.AZ

Diaspora