Kobaxidze: Litva və Estoniya müstəqil dövlətlər deyil

Kobaxidze: Litva və Estoniya müstəqil dövlətlər deyil backend

“Litva və Estoniyanın suverenliyi yoxdur”.

Qaziler.az TASS-a istinadla bildirir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib. Siyasətçinin sözlərinə görə, bu dövlətlər başqa ölkələrin nəzarətindədir.

“Bu ölkələr suveren şəkildə idarə olunmur. Bu dövlətlərin suveren səlahiyyətləri yoxdur. Onlar Gürcüstanda radikal müxalifətin fəaliyyətləri kimi sifarişlə hərəkət edirlər”, - Gürcüstanın Baş naziri bildirib.

Kobaxidze xatırladıb ki, hər iki ölkə əvvəllər Gürcüstana qarşı sanksiyalar tətbiq edib. Bu, ölkədə demokratik prinsiplərin və insan haqlarının mümkün pozulması ilə bağlı olub.

QAZİLER.AZ

Diaspora