İsveçrə Xarici İşlər Nazirliyi Ukraynadakı müharibədə Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşlərdə iştirak etmiş ilk vətəndaşının ölümünü təsdiqləyib. Xarici vətəndaşın ölümü ilin əvvəlində məlum olub.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna xəbər verir.
“İlin əvvəlində İsveçrənin Kiyevdəki səfirliyi Ukrayna ordusundan bir İsveçrə vətəndaşının döyüş əməliyyatları zamanı öldüyü barədə məlumat aldı”, - deyə idarədən bildirilib.
Nazirlik həlak olan döyüşçünün yaxınları ilə əlaqə saxladığını bildirib. Kiyevdə isə həlak olmuş qəhrəmanların xatirəsinə həsr olunmuş abidəyə İsveçrə bayrağı qoyulub.
QAZİLER.AZ