Malyuk onu şəxsən özü tutub - UTX sıralarında yüksək vəzifəli şəxsin xəyanəti ifşa edildi - VİDEO

Malyuk onu şəxsən özü tutub - UTX sıralarında yüksək vəzifəli şəxsin xəyanəti ifşa edildi - VİDEO backend

Ukrayna Təhlükəsizlik Xidməti öz sıralarında Rusiya xüsusi xidmət orqanlarına işləyən xaini saxlayıb. O, UTX-nun sədri Vasili Malyuk tərəfindən şəxsən saxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna UTX-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.

RBC-Ukrayna mənbələrinin məlumatına görə, xain  SBU yanında Antiterror Mərkəzinin Baş Qərargahının rəisi, polkovnik Dmitri Kozyura olub.

İdarədən verilən məlumata görə, satqın UTX-nin Antiterror Mərkəzinin Baş Qərargahının rəhbəri olub. Malyukun dediyi kimi, UTX “siçovulun” qanunsuz fəaliyyətinin 14 epizodunu sənədləşdirib.

 

Məlumdur ki, Malyuk vətən xaininin ifşa edilməsi ilə məşğul olan əməliyyat-istintaq qrupunun tərkibində şəxsən olub və onun tutulması əməliyyatına rəhbərlik edib. Və o, əməliyyatın bütün mərhələləri barədə prezident Vladimir Zelenskiyə məruzə edib.

QAZİLER.AZ

 

Diaspora