Türkiyənin Bayburt bölgəsinin Dəmirözü mahalına bağlı Karayaşmak kəndində canavar sürüsü görüntülənib. Kəndin yaşayış massivində yemək axtaran canavarlar təhlükəsizlik kamerasına düşüb.
Qaziler.az a-haber-ə istinadən bildirir ki, Bayburt mərkəzindən təxminən 32 kilometr aralıda olan Karayaşmak kəndini qurdlar mühasirəyə alıb.
Sayları 5-6 civarında olan canavar sürüsü gecə saatlarında kənddə dolaşarkən görünüb.
Kənddə canavarların yemək axtardığı anlar təhlükəsizlik kamerasına anbaan düşüb.
QAZİLER.AZ





