Rusiya Belarusda daha 150 min hərbçi hazırlamağı planlaşdırır - Zelenski

Rusiya Belarusda daha 150 min hərbçi hazırlamağı planlaşdırır -  Zelenski backend

Ukrayna kəşfiyyatının məlumatlarına görə, Rusiya Federasiyası (RF) cari il ərzində Belarus ərazisində 150 ​​minə yaxın əlavə hərbi qulluqçu hazırlamağı planlaşdırır.

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski The Guardian-a müsahibəsində bildirib.

Prezidentin sözlərinə görə, Rusiya 2025-ci ildə ordusunu 12-15 diviziya artırmağı planlaşdırır.

O əlavə edib ki, bu gün Ukraynanı dəstəkləmək bütün Avropanı qorumaq deməkdir. Prezident xatırladıb ki, məhz Belarus ərazisindən genişmiqyaslı işğal başlayıb və buna görə də  təlimdən sonra Rusiya Federasiyası başqa ölkəyə hücum etməyə cəhd edə bilər.

QAZİLER.AZ

Diaspora