Rusiyanın Samara vilayətinin Sızran şəhərində təcili yardım maşınının iştirakı ilə yol qəzası baş verib.
Qaziler.az bildirir ki, bu barədə fevralın 11-də rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, “QAZ” markalı təcili tibbi yardım maşınının sürücüsü sayrışan işıqla işıqforun qırmızı işığından keçib və ona yol hüququ verildiyinə əmin olmayıb. Nəticədə o, 2001-ci il təvəllüdlü sürücünün idarə etdiyi "Lada Niva" ilə toqquşub.
“Hadisə yerində “QAZ” markalı avtomobilin iki sərnişininə tibbi yardım göstərilib. “QAZ” markalı avtomobildə heç bir xəstə olmayıb”, - idarənin Telegram kanalında yayılan məlumatda deyilir.
QAZİLER.AZ