Malayziya baş nazirinin prezident Ərdoğanla bağlı paylaşımı: "Qəlbimin tək sahibinə"

Malayziya baş nazirinin prezident Ərdoğanla bağlı paylaşımı:  "Qəlbimin tək sahibinə" backend

Prezident Rəcəb Tayyib Ərdoğan Asiya turnesi çərçivəsində Malayziyaya səfər edib.

Qaziler.az ahaber-ə istinadən bildirir ki, Malayziyanın baş naziri Ənvər İbrahim prezident Ərdoğanla görüşərkən çəkilmiş fotosunu "Qəlbiminün tək sahibinə" mahnısı ilə birlikdə paylaşıb. Həmin paylaşım sosial mediada gündəm olub.

Malayziyanın baş naziri Ənvər İbrahimin prezident Ərdoğanla fotolarına əlavə etdiyi mahnı sosial mediada gündəm olub.

Prezident Rəcəb Tayyib Ərdoğan Asiya turu təmasları çərçivəsində Malayziyada keçirilən Malayziya-Türkiyə İş Forumunda Malayziyanın Baş naziri Ənvər İbrahim ilə görüşüb.

Malayziyanın baş naziri İbrahimin qısa zamanda sensasiyaya çevrilən paylaşımında aşağıdakı ifadələr yer alıb:

"Bu axşam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki günlük rəsmi səfəri çərçivəsində Malayziya-Türkiyə Biznes Forumunda onunla görüşdüm. Çıxışımda ölkələrimiz arasında ticarət əməkdaşlığının təcili artırılmasının vacibliyini vurğuladım. Bu biznes forumun Ərdoğanın səfərinin yekun proqramı olduğunu nəzərə alaraq, onun və nümayəndə heyətinin iştirakından məmnun olduğumu bildirdim və qurulan əlaqələrin gələcək əməkdaşlığa geniş təsir edəcəyini bildirdim. Təşəkkür edirəm, tezliklə görüşənədək".

QAZİLER.AZ

Diaspora