Ukrayna Milli Qvardiyası Rusiya dronları ilə hava döyüşünü nümayiş etdirib - VİDEO

Ukrayna Milli Qvardiyası Rusiya dronları ilə hava döyüşünü nümayiş etdirib - VİDEO backend

Ukrayna Milli Qvardiyası hava döyüşü zamanı Rusiyaya məxsus pilotsuz təyyarənin məhv edilməsini nümayiş etdirib. “Bureviy” briqadasının “Qroza” batalyonunun pilotu düşmənin pilotsuz təyyarəsi ukraynalı müdafiəçilərin mövqelərinə hücum edən zaman düşməni darmadağın edib.

Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” Milli Qvardiyanın “Bureviy” Birinci Prezident Briqadasının “Facebook” səhifəsinə istinadən məlumat yayıb.

“Bu videoda “Bureviy” briqadasının “Qroza” batalyonunun pilotunun düşmənin pilotsuz uçan aparatına tor atmağa cəhd etdikdən sonra onu necə vurması və hava döyüşündə düşməni məğlub etməsi göstərilir”, - videonun mətnində deyilir.

Ukrayna Baş Qərargahının məlumatına görə, genişmiqyaslı işğal başlayandan bəri Rusiya demək olar ki, 852 min əsgər itirib.

O cümlədən, son 24 saat ərzində  rusiyalıarın ümumi itkiləri 1350 nəfər təşkil edib.

QAZİLER.AZ

 

Diaspora