Andrey Şevçenko: "Kaladze mənim üçün yoxdur"

Andrey Şevçenko: "Kaladze mənim üçün yoxdur" backend

UFA-ın (Ukrayna Futbol Assosiasiyası) prezidenti Andrey Şevçenko Kiyev “Dinamo”sunun keçmiş müdafiəçisi, hazırda “Gürcü arzusu”nun baş katibi və Tbilisi meri Kaxa Kaladzenin siyasi fəaliyyətini şərh edib.

Qaziler.az bildirir ki, bu barədə "qruziya onlayn" məlumat verib.

“Mən Kaladze ilə əlaqə saxlamıram. Prezidentimizi dəstəkləyirəm. Kaladze mənim üçün mövcud deyil", - deyə Şevçenko bildirib.

Xatırladaq ki, 2024-cü ildə Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanda hökumət əleyhinə etirazların dağıdılmasına görə Gürcüstan hökumətinin 19 nümayəndəsinə qarşı 10 il müddətinə sanksiya tətbiq etmişdi.

Kaladze də sanksiyalara məruz qalıb. Bu məhdudiyyətlərə cavab olaraq Tbilisi meri bəyan edib ki, “Zelenski Ukraynaya və Ukrayna xalqına aid deyil, o, başqa ölkənin maraqlarına xidmət edir”.

QAZİLER.AZ

Diaspora