Qazaxıstanın dövlət başçısı Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta ilə telefon danışığı olub.
Avropa tərəfinin təşəbbüsü ilə Kasım-Jomart Tokayevlə Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta arasında telefon danışığı olub.
Söhbət zamanı Qazaxıstan və Avropa İttifaqı arasında cari məsələlər və əməkdaşlığın möhkəmləndirilməsi perspektivləri müzakirə olunub.
Qazaxıstan Prezidenti Aİ ilə əlaqələrin inkişafında, o cümlədən Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində müsbət dinamikanı qeyd edib, ticarət, investisiya, enerji, nəqliyyat və logistika, davamlı inkişaf və rəqəmsal transformasiya sahələrində əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Həmsöhbətlər ikitərəfli və regional gündəliklərin geniş spektri üzrə gələcək dialoqa və praktiki əməkdaşlığa hazır olduqlarını təsdiqləyiblər.
Söhbətin sonunda Kasım-Jomart Tokayev Antonio Kostanı Qazaxıstana səfərə dəvət etdi.
QAZİLER.AZ