Ukrayna Prezidenti Vladimir Zelenski müharibənin başa çatması üçün Rusiya ilə ərazi mübadiləsini istisna etməyib.
APA xəbər verir ki, bu barədə o, “The Guardian“a müsahibəsində danışıb.
V. Zelenski deyib ki, D. Tramp tərəfləri danışıqlar masasına gətirməyə nail olsa, ölkəsi Kurskun Ukrayna ordusunun nəzarətindəki ərazilərinin mübadiləsini təklif edə bilər:
“Biz bir ərazini digəri ilə dəyişə bilərik. Hələ ki, dəqiq bilmirəm. Bütün ərazilərimiz bizim üçün önəmlidir. Bunda hər hansı prioritet yoxdur”.