Sumı vilayətində 90 sərhəd yaşayış məntəqəsindən uşaqlar təxliyə edilib

Sumı vilayətində 90 sərhəd yaşayış məntəqəsindən uşaqlar təxliyə edilib backend

Sumı vilayətində Rusiya ilə sərhədə yaxın 90 yaşayış məntəqəsindən bütün uşaqlar təxliyə edilib. Bu, düşmənin təhdidləri ilə bağlıdır.

Qaziler.az RBC-Ukrayna xəbər verir ki, bu barədə Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Vladimir Artyux telemarafonun efirində danışıb.

Sumı vilayətində Rusiya ilə sərhədə yaxın 90 yaşayış məntəqəsindən bütün uşaqlar təxliyə edilib. Bu, düşmənin təhdidləri ilə bağlıdır.

RBC-Ukrayna xəbər verir ki, bu barədə Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Vladimir Artyux telemarafonun efirində danışıb.

Onun sözlərinə görə, Sumı vilayətinin sərhəd bölgəsindən 777 uşaq təxliyə edilib. Onlar psixoloji və maddi yardım aldıqları tranzit mərkəzlərə yerləşdirilir.

"İlk növbədə, uşaqları təxliyə edirik. Bu günə kimi uşaqların düşmən tərəfindən təhlükə altında olduğu sərhəd icmalarının 90 yaşayış məntəqəsindən 777 uşağı təxliyə etmişik", - Artyux bildirib.

O qeyd edib ki, sərhəd sakinlərinin təxliyyəsi istiqamətində işlər davam etdirilir. İndi rayonda müvafiq tranzit mərkəzləri yaradılıb, təxliyə edilənlərə maliyyə və humanitar yardımlar göstərilir.

Qaziler.az

Diaspora