Türkiyədə bələdiyyə sədri həbs edildi

Türkiyədə bələdiyyə sədri həbs edildi backend

Türkiyənin Van Böyükşəhər Bələdiyyə sədri Abdullah Zeydan məhkəmə tərəfindən azadlıqdan məhrum edilib.

Oxu.Az DHA agentliyinə istinadla xəbər verir ki, Diyarbəkir Ağır Cinayətlər Məhkəməsi onun 3 il 9 ay müddətinə həbs edilməsi barədə hökm çıxarıb.

Məhkəmə A.Zeydanı terror təşkilatına yardım etməyə təşəbbüs göstərməkdə təqsirli bilib.

Qeyd edək ki, bələdiyyə sədrinin apelyasiya şikayəti vermək hüququ var.

Diaspora