Türkiyə kəşfiyyat rəhbəri İrana səfər edib  

Türkiyə kəşfiyyat rəhbəri İrana səfər edib   backend

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İranın paytaxtı Tehranda bir sıra yüksək səviyyəli görüşlər keçirib.

QAZİLER.AZ  Musavat.com-a istinadən verdiyi məlumata görə, o, İranın kəşfiyyat naziri İsmayıl Xatib və Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Əkbər Əhmədyanla görüşüb.

Təhlükəsizlik sahəsindəki mənbələrin bildirdiyinə görə, görüşlərdə PKK və İŞİD də daxil olmaqla terror təşkilatlarına qarşı mübarizə müzakirə edilib.

Bundan əlavə, tərəflər Suriyadakı vəziyyəti, Qəzzadakı atəşkəsi və Fələstin məsələsi ilə bağlı son hadisələri də nəzərdən keçiriblər.

 

 

Diaspora