Türkiyə Prezidenti Ərdoğanla Fransa lideri Makronun telefon söhbəti Ermənistanda böyük narahatlıq yaradıb.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, ermənilər Türkiyə ilə Fransanın artıq Suriya məsələsində anlaşdığını və Cənubi Qafqazda da razılıq əldə edəcəklərini güman edirlər. Ermənilər hesab edirlər ki, Ərdoğanla Makron anlaşsa, Fransa Ermənistana dəstəyini dayandıracaq.
Siyasi şərhçi Akop Badalyan “Telegram”dakı paylaşımında yazır: “İki gün əvvəl mən Suriyanın yeni prezidenti Əl-Şaranın Türkiyəyə səfərindən və Ərdoğanla görüşündən iki gün sonra Fransa prezidenti Makronun Şaara ilə telefon danışığına əsaslanaraq, Yaxın Şərqdə mümkün Fransa-Türkiyə uyğunlaşmasından danışırdım.
Beləliklə, iki gündən sonra Makron-Ərdoğan arasında telefon danışığı baş tutdu, onların son telefon danışığı dekabrın 18-də, Suriyada “Əsəd inqilabı”nın yeni baş verdiyi vaxtda olmuşdu.
Makron və Ərdoğan Suriya prezidenti Əl-Şara ilə ardıcıl təmaslardan sonra nəyi müzakirə edə bilərdilər: əvvəlcə Ərdoğan, sonra Makron, sonra bir-birləri ilə ünsiyyət qururlar?
Bu ardıcıllıq onu deməyə əsas verir ki, Makron-Ərdoğan telefon danışığı, daha çox hansısa razılaşma ilə bağlıdır.
Məsələ burasındadır ki, o “əlaqə” hansı zaman və məkan üçündür, çünki bizim üçün onun Cənubi Qafqaza “çatıb-çatmayacağı” çox vacibdir”.