Dünyada tanınan və Türkiyədə də satılan premium su markası "Fici"nin məhsullarında xərçəng və autizm yarada bilən mikroplastiklər olduğu iddia edilib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, ABŞ-ın "Plastic Pollution Foundation" təşkilatı məhkəməyə müraciət edib.
Türkiyə də daxil olmaqla dünyanın bir çox yerində satılan premium su markası Fici üçün qorxulu iddia irəli sürülüb. Markanın satdığı suyun tərkibində xərçəng və autizm yarada bilən mikroplastiklərin olduğu iddia edilib.
Təşkilat laboratoriya testlərinin markanın təbii şüşə məhsullarında həm mikroplastik, həm də bisfenol-A aşkar etdiyini irəli sürüb.
Su markası xərçəng, məhsuldarlıq problemləri, autizm, ürək-damar fəsadları və hətta ölüm kimi bir çox sağlamlıq probleminə səbəb ola bilər. Fici suyunun mikroplastik və BPA ehtiva etdiyini göstərən ictimaiyyətə açıq bir araşdırma yoxdur və şirkətin sözçüsü iddiaları rədd edib.
Brendin sözçüsü əks iddia qaldıracaqlarını da bildirib.