Türkiyədə son bir ayda 103 nəfər saxta spirtli içkidən ölüb

Türkiyədə son bir ayda 103 nəfər saxta spirtli içkidən ölüb backend

İstanbul və Ankarada son bir ayda saxta spirtli içki 103 nəfərin həyatına son qoyub.

QAZİLER.AZ  Lent.az-a istinadən xəbər verir ki, Ankarada son günlərdə saxta spirtli içkilər səbəbilə 33 nəfər həlak olub.

İstanbulda isə yanvarın 14-dən indiyədək saxta spirtli içkilərdən 70 ölüm hadisəsi baş verib. Hər iki şəhərdə ümumilikdə 40 nəfərin reanimasiya şöbəsində olduğu bildirilir.

Yanvarın 17-nə qədər İstanbulda 92 nəfərin xəstəxanalara müraciət etdiyi, 38 nəfərin isə saxta spirtli içkilərdən öldüyü açıqlanıb.

Son üç həftədə xəstəxanaya müraciət edənlərin sayı 150-yə, həyatını itirənlərin sayı isə 70-ə yüksəlib.

Müalicəsi başa çatan 60 nəfər evə buraxılıb. Təxminən 20 nəfərin isə reanimasiyada müalicəsi davam edir.

Anoloji olara Ankarada da son günlərdə saxta spirtli içkilərdən ölənlərin sayı artıb.

Ankara valisi Vasip Şahin bildirib ki, son vaxtlar şəhərdə saxta spirtli içkilərdən istifadə nəticəsində 33 nəfər ölüb, 20 nəfər isə xəstəxanalarda reanimasiya şöbələrindədir.

Təkcə son iki həftədə Ankarada saxta spirtli içkidən zəhərlənərək xəstəxanaya müraciət edən 69 nəfərdən 12-si həyatını itirib.

Diaspora