Moskvada tikilməkdə olan binada qaz partlayışı yanğına səbəb olub

Moskvada tikilməkdə olan binada qaz partlayışı yanğına səbəb olub backend

Moskvanın Mixalkovskaya küçəsində tikilməkdə olan binada oksigen balonunun partlaması nəticəsində yanğın baş verib.

Qaziler.az bildirir ki, bu barədə fevralın 7-də Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Otaqdakı oksigen balonunun təzyiqi yüksək temperatura məruz qaldığı üçün partlayıb", - idarənin mətbuat xidməti Telegram kanalında bildirib.

Bildirilir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları  yanğını tez bir zamanda söndürüblər.

Ölən yoxdur.

QAZİLER.AZ

Diaspora