Britaniyanın XİN başçısı Ukraynada yaxın aylarda "barışıq" olacağına inanmır

Britaniyanın XİN başçısı Ukraynada yaxın aylarda "barışıq" olacağına inanmır backend

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi deyir ki, o, Ukraynada tezliklə atəşkəs üçün heç bir səbəb görmür, çünki Vladimir Putin bunda maraqlı deyil.

Qaziler.az xarici mətbuata istinadən xəbər verir ki,  o, bu barədə “The Guardian”a müsahibəsində bildirib.

Böyük Britaniyanın xarici işlər naziri Ukrayna və Rusiya arasında "sülh danışıqlarına" həftələr qaldığından şübhələndiyini bildirib.

“Və bunu ona görə deyirəm ki, bizim qiymətləndirməmiz, əminəm ki, Birləşmiş Ştatlar da bunu bölüşür, Putin danışıqlar aparmaq və bu müharibəni bitirmək üçün qətiyyən heç bir istək nümayiş etdirmir”, o əlavə edib.

Lemmi vurğulayıb ki, Ukraynada başa düşürlər kii, “danışıqlardan əvvəl atəşkəs ola bilməz”.

QAZİLER.AZ

Diaspora