Fevralın 7-də axşam saatlarında Ukraynada hava həyəcanı siqnalı verilib. Səbəb isə “Şahedlər”in hücum təhlükəsidir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.
Yerli vaxtla saat 22:10-dan etibarən Kiyev və Ukraynanın bir sıra vilayətlərində həyəcan siqnalı verilib. Hava hücumunun xəritəsi belə olub:
Kiyev Şəhər Hərbi İdarəsi qeyd edib ki, Kiyevdə hava hücumu xəbərdarlığı Rusiyanın hücum PUA-larından istifadə təhlükəsi səbəbindən elan edilib.
"Xahiş edirəm təhlükəsizliyinizin qeydinə qalın: ən yaxın sığınacaqlara gedin və həyəcan siqnalı bitənə qədər orada qalın", - Kiyev şəhəri hərbi administrasiyasının məlumatında deyilir.
Eyni zamanda, Hərbi Hava Qüvvələri Ukraynada düşmən pilotsuz təyyarələrinin hərəkət istiqaməti haqqında daha ətraflı məlumat verib.
QAZİLER.AZ