Tbilisidə “Vicdan məhbuslarına azadlıq!” şüarı altında etiraz yürüşü keçirilir

Tbilisidə “Vicdan məhbuslarına azadlıq!” şüarı altında etiraz yürüşü keçirilir backend

 Gürcüstanın paytaxtın Tbilisidə Rustaveli prospekti istiqamətində Gürcüstanın İctimai Televiziyasının binasından “Vicdan məhbuslarına azadlıq” şüarı ilə etiraz yürüşü keçirilib.

Qaziler.az "qruziya onlayn2a istinadən bildirir ki, vətəndaşlar bir neçə gündür ardıcıl olaraq Gürcüstan İctimai Yayımının binasına toplaşaraq canlı yayımların keçirilməsini və aksiya zamanı saxlanılanların hamısının azad edilməsini tələb edirlər.

Yürüş iştirakçıları “Rejim məhbuslarına azadlıq!”, “rədd olsun rus rejimi!..” şüarları səsləndirirlər.

Eyni zamanda, Mzia Amaqlobelini dəstəkləyən etiraz aksiyasının iştirakçıları artıq Hökumət Administrasiyasının binasından Rustaveli prospektinə keçiblər. Aksiyaya digər etirazçılar da qoşularaq, qanunverici orqanın yanında etirazçıları gözləyiblər. Etirazçılar “Mziaya azadlıq, siyasi məhbuslara azadlıq!”, "Media azadlığı!" şüarları səsləndiriblər. 

Yeni seçkilərin keçirilməsi və aksiyalar zamanı saxlanılanların hamısının azadlığa buraxılması tələbləri ilə keçirilən etiraz aksiyalarının artıq 72-ci günüdür.

QAZİLER.AZ

Diaspora