Ukrayna əsgərləri PUA-ların köməyi ilə “Solntsepek” ağır alov qurğusu sistemi məhv ediblər.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna "Nemesis" pilotsuz sistemlərinin 412-ci alayının Telegramına istinadən məlumat yayıb.
Alayda qeyd edildiyi kimi, "Solntsepek" yandırıcı və ya termobarik sursatlardan atəş açır. Hücumların Ukrayna əsgərləri və onların mövqeləri üçün dəhşətli nəticələri ola bilər.
"Çox nadir və vacib hədəf. Bu qurğu artıq döyüşməyəcək", - əsgərlər qeyd ediblər.
QAZİLER.AZ