Rusiya ordusu "DXR"də bir şəhərə nəzarəti ələ keçirdi

Rusiya ordusu "DXR"də bir şəhərə nəzarəti ələ keçirdi backend

Rusiya Silahlı Qüvvələri "Donetsk Xalq Respublikası"ndakı Dzerjinskin (Toretsk) bütün ərazisinə nəzarəti ələ keçirib.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

İdarədən verilən məlumata görə, şəhər uğrunda gedən döyüşlərdə 51-ci Ordunun 1-ci, 9-cu və 132-ci qvardiyasının ayrı-ayrı motoatıcı briqadalarının, eləcə də “Mərkəz” qoşun dəstəsinin “Veteranlar” könüllü birləşməsinin döyüşçüləri iştirak edib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi "DXR"in Drujba qəsəbəsinin nəzarətə götürülməsi barədə məlumat vermişdi. Əməliyyat "Mərkəz" qüvvələr qrupunun bölmələri tərəfindən uğurla həyata keçirilib. Bundan əlavə, son bir həftə ərzində Rusiya Silahlı Qüvvələri 2DXR"in Krımskoye və Baranovka kəndləri üzərində nəzarəti ələ keçirib.

QAZİLER.AZ

Diaspora