İrkutsk vilayətində sexdə 2000 kvadratmetr sahəni əhatə edən yanğın baş verib

İrkutsk vilayətində sexdə 2000 kvadratmetr sahəni əhatə edən yanğın baş verib backend

Rusiyanın İrkutsk vilayətində taxta sənayesi kompleksi sexi 2 min kvadratmetr sahədə yanır.

Qaziler.az bildirir ki, bu barədə fevralın 6-da Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Ust-İlimskdə ağac sənayesi kompleksinin sənaye sahəsində çeşidləmə sexi yanır. Yanğın sahəsi 2 min kvadratmetrdir. İlkin məlumatlara görə, ölən yoxdur”, - deyə idarənin Telegram kanalı məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən əlavə ediblər ki, hadisə yerində 32 xilasedici və 9 texnika çalışır.

QAZİLER.AZ

Diaspora