Baxçalının ürək qapağı dəyişdirildi

Baxçalının ürək qapağı dəyişdirildi backend

MHP sədri Dövlət Baxçalının ürək qapağının dəyişdirildiyi, səhhətinin yaxşı olduğu açıqlanıb.

MHP lideri Dövlət Baxçalının səhhəti ilə bağlı açıqlama verilib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, bu barədə MHP məlumat yayıb.

Baxçalının fevralın 4-də aparılan müayinələr nəticəsində 10 il əvvəl dəyişdirilən ürək qapağında degenerasiya aşkar edilərək mövcud qapağın bu gün dəyişdirildiyi və əməliyyatın  uğurla tamamlandığı açıqlanıb.

Baxçalının vəziyyətinin son dərəcə yaxşı olduğu və otağında dincəldiyi, qısa müddətdə gündəlik həyatına dönəcəyi bildirilib.

QAZİLER.AZ

Diaspora