Ukraynada iki gürcü döyüşçü həlak olub.
Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, bu barədə məlumatı Ukraynada döyüşən gürcülər yayıb.
Vano Nadiradzenin sosial şəbəkədə yazdığına görə, dünən gürcü döyüşçülər David Dvalişvili və Mamuka Beriya həlak olub.
Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi də təsdiqləyib. Xarici İşlər Nazirliyi bütün lazımi prosedurların həyata keçiriləcəyini bildirir.
Rusiyanın Ukraynada genişmiqyaslı müharibəsi 2022-ci ilin fevralında başlayıb.
QAZİLER.AZ