Ukrayna əsir götürülmüş iki əsgərin KXDR-dən təhvil verilməsi ehtimalı ilə bağlı Cənubi Koreya ilə müzakirələrə açıqdır, çünki onların vətənə qaytarılması, eləcə də vətənlərinə qayıtmaqdan imtina etməsi halında təhdidlər var.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Ukraynanın Koreya Respublikasındakı səfiri Dmitri Ponomarenko “The Korean Times” qəzetinə müsahibəsində deyib.
“Şimali Koreya hərbçilərinin KXDR-ə repatriasiyası, habelə geri qayıtmaqdan imtina etdikləri halda onların həyatı və azadlığı üçün təhlükəni nəzərə alaraq, biz beynəlxalq tərəfdaşlarla, xüsusən də Koreya Respublikası ilə onların üçüncü ölkələrə təhvil verilməsi imkanları ilə bağlı dialoqa açığıq”, - deyə Ponomarenko bildirib.
O, ümid etdiyini bildirib ki, belə bir halda Ukrayna tərəfi məhbusların köçürülməsi üsulları ilə bağlı Cənubi Koreya ilə məsləhətləşmələr aparacaq.
QAZİLER.AZ