Ukrayna Niderlanddan F-16 qırıcıları aldığını bildirib

Ukrayna Niderlanddan F-16 qırıcıları aldığını bildirib backend

Ukrayna  Niderlanddan Amerika istehsalı F-16 qırıcılarını alıb.

Qaziler.az bildirir ki, bu barədə fevralın 6-da ölkənin müdafiə naziri Rustem Umerov məlumat verib.

"Ukrayna Hərbi Hava Qüvvələri çoxdan gözlənilən əlavə - Niderlanddan ilk Frana istehsalı "Mirage 2000" qırıcıları və F-16-lar aldı", - o, Telegram kanalında yazıb.

O qeyd edib ki, qırıcılar artıq Ukraynaya gəliblər və tezliklə döyüş tapşırıqlarını yerinə yetirmək üçün istifadə olunacaqlar.

Bundan əvvəl Fransanın müdafiə naziri Sebastien Lekornu bildirmişdi ki, Parisin göndərdiyi “Mirage-2000” qırıcılarının ilk partiyası Ukraynaya gəlib.

O, həmçinin qeyd edib ki, təyyarələri Fransada təlim keçmiş ukraynalı pilotlar idarə edir.

QAZİLER.AZ

 

Diaspora