Rusiyanın Kalininqrad vilayətinin Çernyaxovsk şəhərində ögey atası tərəfindən öldürülən yeddi yaşlı uşaqla vida mərasimi keçirilib.
Qaziler.az bildirir ki, bu barədə fevralın 6-da şəhər rəhbərliyi məlumat yayıb.
Şəhər rəhbərliyinin qeyd etdiyi kimi, çox sayda insan mərasimə qatılıb, güllər və oyuncaqlar gətiriblər.
“Uşağın dəfn mərasimi keçirilib və dəfn edilib. Bu gün şəhərdə matəm elan edilib, dövlət bayraqları, şəhər administrasiyasındakı bayraq endirilib, əyləncə tədbirləri ləğv edilib. Bu, əlbəttə ki, bizim hamımız üçün dəhşətli faciədir”, - RİA Novosti administrasiyadan sitat gətirir.
Həmin gün səhər saatlarında Çernyaxovsk administrasiyasının rəhbəri Sergey Bulıçev “VKontakte” sosial şəbəkəsində canlı yayıma çıxıb və şəhər əhalisinə müraciət edərək öldürülən uşağın xatirəsini yad edib. Onun sözlərinə görə, faciənin baş verməsində qismən şəhər rəhbərliyinin də günahı var.
“Hesab edirəm ki, rəhbərlik hardasa nəyisə nəzərdən qaçırıb: uşaq bağçası, məktəb, qonşular, sakinlər. Bu bizim ümumi dərdimizdir. Bunun bir daha baş verməməsi üçün hər kəslə ayrı-ayrılıqda vəziyyətə bir daha baxacağıq”.
QAZİLER.AZ